N.Lauda: “Müasir sürücülərdə xarizma yoxdur”

Formula1 üzrə üçqat Dünya Çempionu Niki Lauda bildirib ki, müasir sürücülər keçmişdəkilərə nisbətən daha az xarizmatikdirlər.

F-1.az xatırladır ki, keçmişdə sürücülər arasında sərt dialoqlar və müzakirələr olurdusa, hazrda sürücülər bu cür mübahisələrdən uzaq dururlar.

Niki Lauda: “Mənim dövrümdə sürücülər daha fərqli idi. İdmanla olan münasibətimiz təmiz fərqli idi. Birinci məqsədimiz həyatda qalmaq idi. Əsl sürücülər fikirlərini azad formada ifadə edirdilər. Amma hazırda bu cür şeylərə rast gəlmirik. Güclü və əsl dostluqların olduğu dövrlər idi. Amma indiki sürücülər çox sünidirlər. Hamı Twitter, Facebook, ya da Instagram-a tətil etdiyi yerin və ya işlədiyi komandanın şəkillərini atır. Elə təəssürat yaradırlar ki, guya hər şey yaxşıdır.

Həmilton əla insandır və trasdan kənar fəaliyyətlərinə görə çoxlu izləyicisi var və çox populyardır. Alonso isə çox istəkli və doğrudan da çalışqan sürücüdür. Bir az da eqoistdir. Ferstappen isə 19 yaşlı böyük istedaddır. Fettel pis adam deyil. Həmişə şikayət etsə də, onu izləmək həyəcan verir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*