F-1.az xatırladır ki, paddokda gəzən şayiələrə görə, Mercedes Motorsports-un başçısı Toto Volff Formula1-in kommersiya başçısı Berni Ekklstounu əvəzləyə bilər. Laudanın isə müqaviləsi 2017-ci ilin sonunda bitəcək.
Toto Volff: “Burada gördüyümüz işdən həzz alırıq. Ən vacibi də budur. Münasibətimiz yaxşıdır və görək nə baş verəcək”.
Lauda isə Mercedes-də qalmağa razıdır: “Əgər bu cür təklif gəlsə, qəbul edərəm”.
Avstriyalı bildirib ki, Volff Rosberq və Həmiltonu idarə etməyə çalışdığı halda, o, aranı yumşaldan adam olur: “Volff bəzən çox sərt qərarlar qoymaq istəyir. Mən isə ona deyirəm ki, onlar sadəcə sürücüdürlər və aranı yumşaldıram”.
Toto Volff: “Onları idarə etmək istəmirik, amma özbaşlarına da buraxa bilmərik. Onların münasibətləri dəyişkəndir. Araları o qədər də yaxşı deyil”.