N.Lauda: “Məqsədimiz Rosberqi komandada saxlamaqdır”

Üçqat dünya çempionu Niki Lauda hesab edir ki, Niko Rosberqin komandada qalması vacibdir.

F-1.az xatırladır ki, Mercedes AMG-yə 2010-cu ildə qoşulan Rosberqin müqaviləsi bu ilin sonunda başa çatır. Müqavilənin uzadılıb-uzadılmayacağı ən çox müzakirə olunan mövzulardan biridir.

Gerhard Berger Nikonun atası, 1982-ci ilin Formula1 üzrə dünya çempionu Keke Rosberqin istəyinə əsasən müqavilənin yenilənməsinə dair müzakirələrdə iştirak edəcək.

Gerhard Berger: “Niko və atası mənim dostlarımdır. O, diqqətini yarışlara yönəldib, buna görə də bu müzakirələrdə iştirak etmək istəmir”.

Niki Lauda isə Rosberqlə yola davam etmək istədiklərini bir daha təkrarlayıb: “Bizim üçün ən əsas olan Nikodur. Onunla müqaviləni uzatmaq istəyirik. Yaxşı çıxış edir və burada olmağa layiqdir”.

O, həmçinin, “hər iki sürücünün müqaviləsi eyni zamanda bitsəydi, nə olardı?” sualına cavab verib: “Əgər belə bir şey olsaydı, yenə də problem olmazdı. Birini mart, digərini də aprel ayında həll edərdik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*