N.Lauda: “McLaren-ə mühərrik verməyəcəyik”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, McLaren komandasına mühərrik verməyəcəklər.

F-1.az xatırladır ki, bəzi iddialara görə, McLaren artıq Honda ilə yollarını ayıraraq, Mercedes mühərriyinə keçməyi planlaşdırır. McLaren komandasının idman direktoru Erik Bulye bildirmişdi ki, Honda mühərriyi inkişaf edənə qədər başqa istehsalçı ilə işləyə bilərlər. Mercedes Motorsport-un rəhbəri Toto Volff isə bildirmişdi ki, əgər McLaren tərəfdaşı Honda ilə yollarnı birdəfəlik ayırsa, britaniyalıları mühərriklə təmin edəcəklər.

Niki Lauda: “McLaren-in Honda ilə müqaviləsi davam edir və bu barədə danışmaq istəmirəm. Honda ilə yollarını ayırsalar belə, bu, o demək deyil ki, Mercedes mühərriyinə keçəcəklər. Heç kim bizimlə danışmayıb. Red Bull da eyni vəziyyətdə idi. Mercedes ilə müqavilə bağlaması gözlənilirdi, amma Renault ilə davam etdilər və hər şey qaydasına düşdü”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*