N.Lauda: “İdmanın genetikasına ziyan vurmaq olmaz”

Həmişə sərt tənqidləri ilə seçilən Niki Lauda bu dəfə də Red Bull komandasının AeroScreen sistemindən danışıb və sistemi bəyənmədiyini bildirib...

F-1.az xatırladır ki, mövsümöncəsi qış testlərində Ferrari-nin halo, Rusiya QP-nin sərbəst yürüşlərində isə Red Bull-un AeroScreen başın mühafizə sistemləri test edilmişdi. Hər iki sistem barədə fərqli  fikirlər formalaşıb. Bəzi sürücülər halo sistemini tənqid etsələr də, AeroScreen barədə müsbət yönlü düşüncələr səsləndiriblər. Rusiya yarışından sonra Berni Ekklstoun sistemlərin hər ikisini də bəyənmədiyini deyərək əlavə edib ki, sürücülərin başının üstü örtülməməlidir.

Mercedes AMG komandasının qeyri-icraçı direktoru və Formula1 üzrə 3 qat Dünya Çempionu Lauda yarışdan əvvəl bu barədə fikirlərini bildirib: “Bilirsiniz, bu gün (1 may) Ayrton Sennanın ölüm günüdür. O gündən bəri Formula1-də təhlükəsizlik tədbirləri artırıldı.

Müasir dövrdə Formula1 çox təhlükəsizdir. Gələcəkdə idmanın təhlükəsizliyini arıtrmaq üçün hər şey edək, amma idmanın genetikasına ziyan vurmamalıyıq.

Əgər biz sürücülərin başının üstünü bağlasaq, dəbilqələr görsənməyəcək və bu fanların və şərhçilərin xoşuna gəlməyəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*