F-1.az xatırladır ki, Lyuis Həmilton Monakodakı sıralanma turunda 14-cü olsa da, komanda yoldaşı Bottas 3-cü olub və finlandiyalı sürücü lider Rəykkönenə 0.045, ikinci yerin sahibi Fettelə isə 0.002 saniyə uduzub.
Niki Lauda: “Lyuisin bolidində doğru sazlanmaları tapa bilmədik və buna görə də pis nəticə aldıq, amma problemləri təhlil edib yarışa daha yaxşı sazlanma ilə başlamalıyıq. Ən azından zərəri minimuma endirə bilərik.
Bottasın bolidi yaxşı idi. Fettellə demək olar ki, eyni nəticəni göstərdi və poulu az fərqlə əldən verdi. İki bolid arasındakı böyük fərqi tapmalıyıq. Ümid edirəm ki, gözəl bir gün olar”.