F-1.az xatırladır ki, Lyuis Həmilton Meksikada əla bir dövrə vuraraq, poul qazanıb. Rosberq isə ondan 0.2 saniyə geridə qalaraq, ikinci olub.
Rosberq son dövrəyə qədər Həmiltondan yarım saniyə geridə olub. Amma almaniyalı son cəhdində atdığı dövrə ilə Red Bull sürücülərini qabaqlayaraq ikinci olub.
Niki Lauda nəticədən razı qalıb: “Lyuis mükəmməl idi. Nikonun vəziyyəti isə bizi narahat edirdi. Əgər geridən başlasaydı, hər şey onun üçün pis olardı. Sonra hər şeyi bir araya gətirə bildi və bu mükəmməl idi.
Geridə qalmağının səbəbi məlumdur. Balans tapa bilmədi. Asfaltla ilişmədə çətinlik çəkdi. Lyuis daha aqressiv idi və təkərləri yaxşı qızdırdı. Niko isə son dövrəyə qədər təkərlərdən istifadə edə bilmirdi”.