N.Lauda: “Həmilton səhvini boynuna aldı”

Niki Lauda iki Mercedes-in yarışxarici qalmasına səbəb olan insidentdən sonra tələsərək Həmiltonu günahkar saymışdı.

F-1.az xatırladır ki, İspaniya yarışının 4-cü döngəsində Mercedes AMG komandasının sürücüləri bir-birinə təmas edərək, yarışı vaxtından əvvəl dayandırmışdılar. Mercedes komandası üçün faciəyə dönən insidentdən sonra Lauda tələsərək Həmiltonu günahkar saymışdı.

Amma Laudanın Həmiltonu günahkar saymasına baxmayaraq, Rosberq bildirib ki, özünü yaxşı hiss etmir: “Həmiltonu günahkar saydığı üçün özümü yaxşı hiss etmirəm. Bu, təsəlli deyil.

Qələbəni və 25 xalı əldən verdim”.

Rosberqin bu sözlərindən sonra Lauda bildirib ki, komanda olaraq söhbəti bağlayıblar və bu hadisənu geridə qoyublar: “Üzr istədi və mövzunu bağladıq. Bu mənim üçün bəs edir.

Toto bu hadisəyə başqa cür baxır, amma əgər xətalı olan tərəf məndən üzr istəyirsə, mən o hadisəni geridə qoyuram”.

Volff isə bildirib ki, Rosberqin səhv mühərrik rejimi seçməsi qəzanın əsas səbəblərindən biri olub: “Rosberqin seçdiyi rejim səhvi onun yavaş olmasına səbəb oldu və hadisələrin niyə bu yerdə olduğunu göstərir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*