N.Lauda: “Həmilton müqavilənin uzadılması barədə xahiş edib”

Britaniyalı sürücü Azərbaycan Qran Prisindən əvvəl FİA-nın rəsmi jurnalı olan Auto-ya müsahibəsində əgər istərsə, mövsümün sonunda karyerasını başa vura biləcəyinə işarə vurmuşdu. Lakin Niki Lauda belə bir ehtimalın çox az olduğunu bildirib.

F-1.az xəbər verir ki, Mercedes-in qeyri-icraçı rəhbəri Sky Deutschland telekanalına müsahibəsində Lyuis Həmiltonun Mercedes rəhbərliyinə müqaviləsini uzatmaq üçün müraciət etdiyini bildirib.

Niki Lauda: “Zəmanət verirəm ki, bu baş verməyəcək. Hər halda, Lyuis Niko Rosberq deyil! Əlbəttə, karyerasını davam etdirəcək, çünki komanda ilə müqaviləsi var. Müqavilənin uzadılması məsələsini də bizimlə müzakirə etməyə hazırdır – bunun üçün özü müraciət edib. Onda yüksək əhval-ruhiyyə və motivasiya var. Onun Auto-ya müsahibəsindəki dediklərinin reallıqla o qədər də əlaqəsi yoxdur.

Etiraf etməliyəm, mən ona böyük hörmət bəsləyirəm. Mövsümün əvvəlindən etibarən döyüş əhval-ruhiyyəsindədir və əla fiziki formadadır. Nəticələri də yarışdan-yarışa yaxşılaşır. Bakıda sıralanma turunda sürəti buna misaldır. O, yüksək səviyyədə çıxış edir…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*