F-1.az xatırladır ki, britaniyalı sürücü cümə günündən etibarən bütün sessiyalarda Rosberqi qabaqlamış və eyni performansı sıralanma turunda da göstərərək rahatlıqla poul qazanmışdı.
Niki Lauda: “Bu mübarizə adi mübarizə deyil. Lyuis bu gün mükəmməl idi. İlk gündən etibarən heç kimin ata bilmədiyi dövrələri atdı. Bu əsl Həmilton performansı idi. O çox böyük istedaddır və ehtiyacı olduğu zaman mükəmməl performans göstərə bilir. Bu gün də eyni halın şahidi olduq.
Niko da ikinci yeri tutaraq, komandaya əla nəticə qazandırdı. Çempion sabah məlum olacaq. Ümid edirəm ki, ən güclü sürücümüz qazanar”.
Qeyd edək ki, Rosberq sabahkı yarışa 12 xallıq üstünlüklə başlayacaq və yarışı podiumda bitirəcəyi halda, Dünya Çempionluğunu rəsmiləşdirəcək…