N.Lauda: “Həmilton Malayziyada yenidən zirvəyə qayıda bilər”

Sabiq üçqat dünya çempionu Niki Lauda Lyuis Həmiltonun Malayziyada güclü çıxış edəcəyinə əmin olduğunu bildirib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yay fasiləsindən əvvəl ardıcıl qələbələrlə 43 xal geri olduğu Niko Rosberqi keçərək çempionatda liderliyi ələ almışdı. Amma yay fasiləsindən sonra Lyuisin işləri heç də yaxşı getmir – Niko maksimum nəticə göstərib və son 3 yarışda xal hesabında Lyuisi 75-48 üstələyib. Rosberq Sinqapurda özündən olduqca əmin şəkildə yarışaraq qələbə qazanarkən, Lyuis yarışı podiumun 3-cü pilləsində bitirmişdi.

Lakin Niki Lauda Lyuisin yenidən güclü çıxış edəcəyinə inandığını bildirir: “Sürücülərin əldə etdikləri momentum tez-tez dəyişilir. Bəzən Niko, bəzən də Lyuis önə keçir. Onlar olduqca güclüdürlər və çempionluq üçün mübarizə aparırlar. Lyuis Malayziyada yenidən var gücü ilə yarışacaq və Nikonun son yarışlardakı əla performansına cavab verəcək”.

Lauda Sinqapurdakı qələbədən sonra komandanı rahat nəfəs aldığını deyib: “Keçən il Sinqapurda çox problemlə üzləşdik. Bəlkə də, ən pis təsir bağışladığımız tras idi. Lakin keçən il qarşılaşdığımız problemlərdən dərslər çıxardıq və bu il bura daha güclü şəkildə gəldik. Yarışı qazanmış olmağımız möhtəşəmdir”.

 

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*