F-1.az xatırladır ki, britaniyalı sürücü cümə günü sərbəst yürüşlərində sazlanma tapmaqda çətinlik çəkmiş və günü 10-cu yerdə bağlamışdı. Lakin britaniyalı üçqat dünya çempionu sıralanma turunun hər sessiyasında özünü təkmilləşdirərək poul qazanıb. 32 yaşlı sürücü ikici yeri tutan komanda yoldaşı Bottası 0.4 saniyə qabaqlayaraq 66-cı poulunu əldə edib və bu statistikada ikinci pilləyə yüksəlib.
Niki Lauda: “Cümə günü bəzi problemlər yaşadıq, amma komanda mükəmməl sazlanmalar taparaq əla iş gördü. Lyuisin vurduğu poul dövrəsi… Hələ də belə şey görməmişəm! Mühəndislərimiz və mexaniklərimiz inanılmaz işlədilər. Belə dövrəni heç kim vura bilməzdi. Fantastik idi. Digər sürücülərlə fərqə baxsaq, bunu təkcə Lyuis edə bilərdi”.