F-1.az xatırladır ki, testlərdə Bottas britaniyalı komanda yoldaşından daha sürətli təsir bağışlayıb.
Niki Lauda: “Hazırkı vəziyyətə əsasən Valtteri sıralanma tempində Həmiltondan 0.2 saniyə geri qalır. Komandaya tez uyğunlaşdı. Məncə, bu performansı təsiredicidir. Bu qədər qısa müddətdə Lyuis kimi bir sürücü ilə bu qədər yaxın olması onun istedadını göstərdi. Hələ öyrənməli olduğu çox şey var. Amma Valtteri tez öyrənən sürücüdür. Mövsümün ilk yarışına tam hazır olacaq”.
Bottas da performansından razı qalıb: “Lyuis ilə fərqli sazlanmalar və proqramlar üzərində işləyirik. Buna görə də testlərdəki nəticələrə baxıb ondan sürətli olduğumu deyə bilmərəm. Amma aramızdakı fərqlər çox kiçikdir və növbəti yarışlarda onunla mübarizə apara bilərəm. Gəldiyim gündən etibarən çox inkişaf etmişəm”.