N.Lauda hava yolları sektoruna qayıdır?

Formula1-in əfsanələrindən sayılan Niki Lauda bildirib ki, hava yolları sektoruna yenidən qayıda bilər.

F-1.az bildirir ki, üçqat Dünya Çempionu 1979-cu ildə Lauda Air-i qurmuş və 2000-ci ildə şirkətini Austrian Airlines-a satmışdı. 2003-cü ildə isə ucuz biletlər satan Niki-ni qurmuşdu. Amma 2013-cü ildə Mercedes-dəki vəzifəsinə fokuslanmaq üçün sektordan ayrılmışdı. Lakin Niki iflas etdikdən sonra Lauda şirkətin səhmlərini almaq istədiyini deyib: “Əlbəttə bunu edəcəm və 19 yanvarda Nikiyə bir təklif verəcəm”.

Lauda sabiq şirkəti Niki üçün nə qədər ödəyəcəyini açıqlamayıb. Amma avstriyalı əfsanə hava yolları sektoruna qayıtdığı üçün Formula1-də az vaxt keçirə bilər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*