F-1.az xatırladır ki, 2014-cü ildə Jül Byanki ölümcül qəza etdikdən sonra sürücülərin başını qorumaq üçün Shield, AeroScreen və Halo sistemləri test edilmiş və sonuncunun istifadəsinə qərar verilmişdi. Bu qərar sərt reaksiyalara səbəb olmuş və hazırda fanatlar yeni bolidlərin dizaynına görə narahatdırlar.
Niki Lauda: “Haloya əvvəldən qarşıyam. Heç kim sürücüləri zorla yarışdırmır. Onlar istədikləri üçün buradadırlar. Əgər yarışmaq istəyirlərsə, bunun bəzi riskləri var. Bu uşaqlar dünyanın ən yaxşı sürücüləridir. Əgər burada yarışa bilmirlərsə, evdə yatsınlar. Bu sistemi sevmirəm və belə getsə, Formula1 fanatlarını itirəcək. Keçmişdə sürücülərə qəhrəman kimi baxardınız, çünki hansı şərtlərdə yarışdıqlarını görürdünüz. Amma Halodan sonra pilotlara qəhrəman kimi baxmayacaqlar”.