F-1.az xatırladır ki, Mercedes yarışa həmişəki kimi 1-ci və 2-ci yerlərdən başlayıb. Rosberq yaxşı start alıb və ilk döngədə Həmiltonu keçərək, birinci yerə yüksəlib. Dördüncü döngədə isə, Həmilton hücum edərək, yerini qaytarmaq istəsə də, Rosberq qapını bağlayıb və Həmilton tras xaricinə çıxıb.
Həmilton kənara çıxdıqdan sonra idarəetməni itirib və yerində fırlanaraq, Rosberqə çırpılıb.
Qəzadan sonra fikirlərini bildirən Lauda Həmiltonu günahkar görüb: “Lyuis çox aqressiv idi. Bu, axmaqlıqdır. Yarışı qazana bilərdik”.
Komandanın reaksiyasının necə olacağı sualına Lauda belə cavab verib: “Əvvəlcə açıqlamaları dinləyəcəyik, sonra nələrin baş verəcəyini görəcəyik. Onlarla özüm danışacam”.