F-1.az xatırladır ki, Almaniya təmsilçisi bu il həm Sürücülər, həm də Mühəndislər Kubokunda çempionluğu vaxtından əvvəl təmin edib.
Niki Lauda: “Ardıcıl 4 mövsümdür ki, hər iki cəbhədə də çempion oluruq. Sözün açığı, buna görə komandamla fəxr edirəm. Reqlament dəyişəndə titulu qorumaq daha çətin olur, amma biz çətin mübarizədən üzüağ çıxa bildik. İndi bizi qarşıda daha çətin mövsüm gözləyir. Ferrari sürətlidir və Red Bull-un da inkişafını gördük. Çempion olmaqçün həmişəkindən çox işləməliyik”.