N.Lauda: “Fettellə bağlı çıxan xəbərlər axmaqlıqdır”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, 2018-ci ildə Fetteli transfer edəcəkləri ilə bağlı çıxan xəbərlər axmaqlıqdır.

F-1.az xatırladır ki, məşhur italiyalı jurnalist Leo Turrini Fettelin 2018-ci il üçün Mercedes-lə ilkin razılıq müqaviləsi bağladığını yazmışdı.

Niki Lauda: “Bu xəbər əsl axmaqlıqdır. Belə şeylər görəndə dəli oluram. Çempionluq uğrunda mübarizə aparan bir Ferrari sürücüsünün adının nəyə görə Mercedes-lə hallandığını anlamıram. Sebastyan komandasını sevir və fikri oradadır. Xüsusən də, onlar qalib gəlməyə başlayandan sonra komandadan getmək istəməsi axmaqlıq olardı. Biz də öz sürücülərimizdən razıyıq və bu cür xəbərlərin çıxması doğru deyil. Lyuis və Valtteri çempionluğun əsas namizədlərindəndir. Onlardan imtina etmək fikrində deyilik. Ümid edirəm ki, mövsüm sonunda çempion bizim komandamızdan çıxar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*