F-1.az xatırladır ki, almaniyalı sürücü yarışın startında Maks Ferstappeni sıxışdırmaq istərkən, komanda yoldaşı Rəykköneni görməmiş və hər 3 sürücü bir-birilə təmas yaşayaraq mübarizəni dayandırmışdı.
Niki Lauda: “Startı izləyən hər kəs günahın Fetteldə olduğunu anlayar. Bunu müzakirə etməyə belə dəyməz. Çempionatda bu qədər üstün olduğun halda, niyə bu qədər risk edəsən ki? Özünü yandırdı. Mənim dövrümdə belə səhvdən mübarizəni dayandırsaydıq, bizi Maranelloya piyada gəzə-gəzə göndərərdilər. Bu hadisələrdən sonra Fettelə cəza verilməməsi məni təəccübləndirdi. Stüardlar nə düşündü bilmirəm. Amma hər şey göz qabağındadır. Sebastyan rahatlıqla qazana biləcəyi yarışı öz əlləri ilə məhv etdi. Əgər bu yarışa görə çempionluğu itirsə, təəssüflənəcək”.