F-1.az xatırladır ki, Fettel sıralanmada 2-ci, komanda yoldaşı Rəykkönen isə 4-cü yeri tutmuşdu. Finlandiyalı sürücü yarışda da 4 qat Dünya Çempionu ilə mübarizə apara bilməyərək finişdə 23 saniyə geri qalmışdı.
Niki Lauda: “Kimi üçün nəyin tərs getdiyini bilmirəm. Sebastyanın açdığı fərq çox önəmlidir. Normal halda ikisi də bir-birinə yaxın olardılar. Sebastyan bu qələbə ilə güclü temp tutsa, bütün komanda onun arxasında duracaq və belə olan halda, Kiminin işi çox çətin olacaq”.
Bəzi xəbərlərə görə Rəykkönen həm alkoqoldan istifadə edir, həm də siqaret çəkir. Buna görə də bolidi sürməkdə çətinlik çəkir. Lauda bu barədə də danışıb və bu iddiaya inanmadığını deyib: “Startda geridə qaldı. Onsuz da ona baxanda yorğun olmadığını görə bilərsiniz. Eynəkləri ilə oturanda ona baxın. Üzündə bir damcı da olsa, tər görməzsiniz”.