N.Lauda: “Ferstappendə ağıl deyilən şey yoxdur”

Formula1 üzrə üçqat Dünya Çempionu Niki Lauda bildirib ki, Maks Ferstappenin başı çatmır.

F-1.az xatırladır ki, 20 yaşlı sürücü bu il Bəhreyndə Lyuis Həmiltona hücum edərkən, rəqibi ilə təmas yaşamış və mübarizəni yarışın ilk dövrələrində dayandırmışdı. Lakin hollandiyalı sürücü düz bir həftədən sonra Çində Sebastyan Fettelə hücum edərkən almaniyalı sürücü ilə də təmas etmiş və Ferrari pilotunun yerində fırlanıb geriyə düşməsinə səbəb olmuşdu.

Yarışdan son Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko hollandiyalı sürücünün səhvini yaşı ilə əlaqələndirsə də, Niki Lauda bildirib ki, ağıl yaşda yox, başdadır: “Normal adam səhvlərindən dərs çıxarmalıdır və növbəti dəfə təkrarlamamalıdır. Amma bu hal Maks üçün keçərli deyil. Burada yaşdan danışmaq yersizdir və ağıl məsələsi ön plana çıxır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*