F-1.az xatırladır ki, yeni mövsüm bu həftəsonu başlayacaq və əsas favorit kimi Mercedes komandası göstərilir.
Niki Lauda: “Mən bukmeyker deyiləm və çempionluq nisbətlərindən xəbərsizəm. Amma proqnoz verməli olsam, Mercedes 1-ci yerdədir. Red Bull bizdən 0.2 saniyə geri qalır. Onlardan sonra Ferrari gəlir.
HyperSoft təkərlər test proqramımızda yox idi. Əsl məqsədimiz etibarlılığı yoxlamaq idi və buna görə də çoxlu dövrə vurduq. Əvvəlki illərə nisbətən daha yaxşı hazırlaşmışıq. İlk yarışda özümüzə güvənirik. Amma Red Bull və Ferrari bizdən cüzi fərqlə geridə qalırlar”.