F-1.az xatırladır ki, Həmilton Yaponiya yarışında qalib gəldiyi halda, ən yaxın rəqibi Fettel mübarizəni 5-ci dövrədə dayandırıb. Beləliklə, iki sürücü arasındakı xal fərqi 59-a yüksəlib.
Niki Lauda: “Ferrari-nin başına gələnlər yarışda ola biləcək hadisələrdir. Onlar çox işləməlidirlər. Əgər bizdə olsaydı, bu problemi həll etməyə çalışardıq. İndi Lyuis böyük üstünlüyə sahibdir. O yarış boyunca çox üstün idi. Yarışın sonunda təkərlərin vibrasiyasından şikayətçi idi. Mühərrikdə problem yoxdur. Yaxın keçən mübarizəyə baxmayaraq, hər şeyi nəzarətdə saxladı. Asfalt və hava temperaturu artmışdı, lakin Lyuis bununla mübarizə apararaq, qalib gəldi”.