N.Lauda: “Ferrari ciddi təhdiddir”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Ferrari-nin performansı onları narahat edir.

F-1.az xatırladır ki, Ferrari komandası mövsümöncəsi qış testlərinin ən sürətli komandası olmuş və mövsümün ilk yarışı Avstraliyada qalib gəlmişdi. Çin yarışına da qələbə iddiası ilə başlayan “qırmızılar” yekunda Fettellə 2-ci yeri tutaraq Mercedes komandasının sürücüsü Həmiltondan 6.2 saniyə geridə qalmışdılar.

Niki Lauda: “Artıq Fettel də mübarizənin içindədir. Şənbə günü poulu Sebastyanın qazanacağına dair Toto Volffla 10 avrodan mərcə girdim. Testlərdən, Melburndan və Çindən sonra belə qənaətə gəldim ki, Ferrari bizim üçün ciddi təhdid olacaq. Ferrari bu il Mattia Binotto ilə əla iş görüb. Komandaya yeni abu-hava gəlib.

Binotto mühəndisdir. Arrivabene isə komanda rəhbəri. Binotto kənardan işini bilən adama bənzəyir. Arrivabene isə konstruktorlara lazımi sərbəstliyi verə bilir. Amma bu uğuru niyə Ceyms Əllison ilə qazana bilmədilər anlamıram. Markionne ilə Ceyms arasındakı söz-söhbətləri də bilmirəm. Onun Mercedes-ə keçidindən razıyam.

Bu il Red Bull komandasının mübarizənin içində olmasını gözləyirdim, amma Ferrari ilə yarışırıq. Məncə, Ferrari sıralanma tempində bizimlə bərabərdirlər. Yarışds isə bizdən sürətlidirlər. Trasda temperatur yüksək olanda Ferrari, aşağı olanda isə biz sürətliyik”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*