N.Lauda: “Ferrari bizə yaxınlaşıb”

Mercedes AMG komandasın qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Ferrari komandası onlara çox yaxınlaşıb...

F-1.az xatırladır ki, Mercedes AMG komandası son iki mövsümdə həm pilotlar, həm də mühəndislər çempionatında birinci olub. Ancaq mütəxəssislər düşünür ki, 2016-cı il mövsümündə Ferrari komandası Mercedes AMG ilə yaxın mübarizə aparacaq.

Niki Lauda da bu fikirlərlə razıdır: “Komandamız son iki ilin Dünya Çempionudur və burada komandanın heç bir günahı yoxdur. Məqsədimiz bu il də titulu qoruyub saxlamaqdır, ancaq mən düşünürəm ki, Ferrari ilə aramızdakı fərq azalıb.

Keçən il biz Ferrari-dən 0.6 saniyə sürətli idik, amma bu mövsüm onlar bizə daha yaxındırlar. Hər şey ola bilər, amma mən düşünürəm ki, arada 0.2 saniyə fərq var.

Red Bull komandası Sinqapur və Monako yarışlarında sürətli olacaq və bizim üçün əsl problemə çevriləcək”.

Niki Lauda yeni sıralanma turu formatını da tənqid edib: “Yeni format əsl axmaqlıqdır. Bu format mənə axmaqlıq kimi görünür.

Mən Strateji İşçi Qrupunun üzvüyəm və Berni mənə gəlib dedi ki, sıralanma turunu baxımlı etmək istəyir. Əvvəlcə tərs start düzümü barədə fikirləşdik.

Bu format Mercedes AMG komandasına uyğun deyil. Ona görə də başqa formatlar barədə düşünürdük. Biz bilmirdik ki, Avstraliya QP-də bu formatdan istifadə olunacaq. Sürücülər də bu formatı istəmirlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*