N.Lauda evə buraxılıb

Formula1 üzrə üçqat Dünya Çempionu Niki Lauda xəstəxanadan evə buraxılıb.

F-1.az xatırladır ki, 69 yaşlı Laudaya yayda yeni ağciyər köçürülmüşdü. Lakin avstriyalı əfsanə İbitsada yeni ili qeyd edərkən qripə yoluxmuş və orqanizmi zəif olduğu üçün Vyanadakı AKH xəstəxanasına aparılmışdı. Lakin xəstəxananın həkimi Valter Klepetki qripin Laudaya mənfi təsir etmədiyini və süni nəfəsalma aparatına ehtiyac olmadığını deyib. Nikinin xəstəxanaya aparılma səbəbi orqanizmindəki dəyişikliklərə nəzarət etmək olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*