N.Lauda cəzadan narazıdır

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda stüardların Sebastyan Fettelə verdiyi cəzadan narazıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü Fransa yarışının startında arxadan Bottasa çırpılaraq həm özünün, həm də rəqibinin yarışını məhv edib. Dördqat Dünya Çempionu bu hərəkətinə görə 5 saniyəlik cəza alsa da, əksəriyyət bundan narazı qalıb.

Niki Lauda da narazılardan biridir: “Məncə, dubl edə bilərdik. Fettel isə bu səhvinə görə sadəcə 5 saniyəlik cəza aldı və bunu, doğrudan da, anlamıram. Cəza çox azdır. Ona daha artıq sanksiyalar tətbiq edilə bilərdi. Beş saniyə heç nədir. Özünün də, Bottasın da yarışını məhv elədi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*