F-1.az xatırladır ki, 2016-cı ildə Rosberq istefa verdikdən sonra hamı onun əvəzinə Alonsonun gətirələcəyini düşünürdü, amma “gümüşü oxlar” seçimlərini Bottasda saxlamışdılar.
Niki Lauda: “Bottası komandaya gətirməklə doğru qərar verdik. Nikonun niyə istefa verdiyini hələ bilmirəm, amma bu komandaya pis təsir etmədi. Həmilton əlçatmaz səviyyəyə gəldi və Bottas əla iş gördü. Lyuis mövsüm ərzində demək olar səhv etmədi və qüsursuz idi. Çempionluğa layiq idi və nail olduğu üçün sevincliyəm. Valtterinin performansı Həmiltonu təkmilləşdirdi və stabilləşdirdi”.