F-1.az xatırladır ki, finlandiyalı sürücü Rusiya yarışına 3-cü yerdən başlasa da, mükəmməl start alaraq, birinci yerə yüksəlmiş və bu üstünlüyünü Fettelin təzyiqlərinə baxmayaraq, sonacan qoruya bilmişdi.
Bu, 27 yaşlı sürücünün Formula1 karyerasında 81-ci, Mercedes karyerasının 4-cü yarışında ilk qələbəsi olub. Həmilton isə yarışın yekununda yeni komanda yoldaşından 36 saniyə geridə qalmışdı.
Niki Lauda: “Çətin şəraitdə böyük işlər gördü. Fettelin aqressiv sürüşünə baxmayaraq, yerini qoruya bildi və qalib gəldi. Valtteriyə ancaq təşəkkür edə bilərəm. Yarışın son hissəsində inanılmaz təzyiqlə üzləşdi. Fettel ona yaxınlaşırdı və hər dövrə aradakı fərq bağlanırdı. Heç kim bilmirdi ki, nə baş verəcək. Son 3 döngəyə qədər yarışı kimin qazanacağını bilmirdik. Amma Valtteri qalib gələ bildi. Həmilton isə cümə günündən etibarən Valtteri kimi sürətli deyildi. Onun üçün pis keçən həftəsonlarından biri idi. Əvvəldən bolidin davranışları ilə bağlı problemlər yaşadı”.