N.Lauda: “Bottas Verlyayndan sürətli deyil”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Paskal Verlyayn yeni sürücüləri Valtteri Bottasdan sürətli olsa da, təcrübəsiz olduğu üçün onu seçməyiblər.

F-1.az xatırladır ki, Rosberq istefa verdikdən sonra Mercedes-in yetirməsi olan Verlyayn onu əvəzləmək üçün ən real namizədlərdən sayılırdı. Amma “gümüşü oxlar” Bottası transfer etmiş və Verlyayn Sauber-lə müqavilə bağlamışdı.

Niki Lauda: “Verlyaynın komandaya gəlməməsinin yeganə səbəbi təcrübəsizlik idi. Yoxsa onun nəyə qadir olduğunu hamımız çox yaxşı bilirik. Gənc və təcrübəsi az olan sürücü təzyiq altında səhvlər edə bilər və bu da komandaya baha başa gələ bilərdi. Bu, tənqid deyil. Sadəcə gənc sürücülərin real vəziyyətidir. Buna görə də Bottası seçdik. Sürətinə görə yox, təcrübəsinə görə seçdik. Lyuis Həmiltonun yanına populyar sürücü gətirmək dərdimiz yox idi. Komandaya gələn adam yaxşı performans göstərməli idi və biz də Valtterini seçdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*