F-1.az xatırladır ki, britaniyalı sürücü hazırda çempionatın lideri Sebastyan Fetteldən 7 xal geridə qaldığı halda, Bottas almaniyalı sürücüdən 41 xal geridə qalır.
Niki Lauda: “Artıq xalları boş yerə itirmək olmaz. Mən 1984-cü ildə yarım xal fərqlə çempion olmuşdum və bilirəm ki, hər xal çox vacibdir. Vallteri Belçikada yaxşı həftəsonu keçirə bilmədi və Lyuis də qazandığı qələbə ilə iddiasını göstərdi. Hazırda Fettellə aralarında 7 xal fərq var. Əgər Həmilton Macarıstanda yerini Bottasa verməsəydi, fərq 4 xal olacaqdı. Mövsümdə 8 yarış qalıb. Lyuis və Sebastyan problem yaşamayıblar. Onsuz da belə olmağını istəmərəm. Kim güclüdürsə, o çempion olmalıdır”.