F-1.az xatırladır ki, kanadalı sürücü yarışın əvvəlində yerində fırlanıb və yarışboyu heç nə ilə yadda qalmayıb.
Nikolas Latifi: “İlk dövrədə yerimdə fırlandıqdan sonra hər şey tərs getdi. Çox geriyə düşdüm və özümə gələ bilmədim. Haas komandasının sürücülərini geridə saxlamaq üçün çox vaxt itirdim.
İlk dəfə əvvəldən-sona qədər yaş trasda sürdüm və mənim üçün əla təcrübə oldu. Fərqli nəticəyə ümid edirdik. İtirdiyim vaxtı geri qazanmağa çalışsam da, belə şəraitdə diqqətli olmalı idim. Bu yarış mənə çox şey öyrətdi. Yenə də məyusam. Daha yaxşı nəticə qazanmaq istəyirdim”.