F-1.az xəbər verir ki, 20 yaşlı sürücü 2012-ci ildən bəri tək oturacaqlı seriyalarda çıxış edir. O, daha əvvəl Avropa Formula3 və Formula Renault 3.5 seriyalarında çıxış edib.
Latifi bu mövsüm GP2 seriyasında Dams komandasında da çıxış edəcək.
Kanadalı sürücü Formula1-ə transferi barədə təəssüratlarını bildirib: “Renault kimi komandanın test sürücüsü olmaq hər sürücü üçün mükəmməl fürsətdir.
Renault komandasının mükəmməl tarixi var. Özümü təkmilləşdirmək və təcrübə qazanmaq üçün əlimə yaxşı fürsət düşüb. Bu komanda özümü inkişaf etdirmək üçün mənə kömək edəcək.
Formula1-də çıxış etmək mənim çoxdankı arzum idi”.
Qeyd edək ki, Latifi həm də Renault gənc sürücülər proqramına qoşulub.