F-1.az bildirir ki, kanadalı sürücü seçimini 6 rəqəminin üzərində saxlayıb. Xatırladaq ki, daha əvvəl bu nömrəni Niko Rosberq istifadə edirdi.
Nikolas Latifi qısa videoda öz seçimini belə izah edib:
“Hamıya salam! Əminəm ki, mənim debüt mövsümündə hansı nömrə ilə çıxış edəcəyim hamıya maraqlıdır. Mən 6-nı seçdim. Niyə? Mən Torontodanam, bu şəhər isə altılıq kimi tanınır. Əgər siz o şəhərdənsinizsə, onda sizin telefon nömrəniz ya 416, ya da 647 ilə başlamalıdır. Nəticədə mən 6-nı seçdim”