N.Latifi: Nəticə gələcəyimə təsir etməyəcəkdi

Williams komandasının sürücüsü Nikolas Latifi bildirib ki, bu nəticə onun gələcəyinə təsir etməzdi.

F-1.az xatırladır ki, ilin sonunda idmandan hetməyə hazırlaşan kanadalı sürücü restartdan sonra keçid təkərlərini hamıdan əvvəl götürməklə, üstünlük qazanıb və yarışı 9-cu yerdə bitirib.

Nikolas Latifi: “Yaxşı yarış idi. Builki ilk xallarımı qazanmaq gözəl oldu. Ən vacib şey təhlükəsizlik maşını çıxan kimi pitə girmək idi. O da işə yaradı. Düzgün təkəri seçdik və bu mənim üçün çətin olmadı. Onsuz da arxada idik və itiriləsi heç nəyimiz yox idi. Bu qərarı mən verdim və düzgün idi. Sonlarda bu təkərlərlə getmək çətin idi. Səkkiz dövrədən sonra təkərlər ölmüşdü. Buna görə dözdüm və xal aldığım üçün sevincliyəm. Builki ilk xallarımı qazandım.

Ancaq indiyə kimi gələcyimlə bağlı qərar verilməsəydi, bu xalların təsiri olacağına inanmıram. Qərar mənim stabillliyimə əsasən veriləcəkdi. Sadəcə xal almaq gözəldir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*