N.Latifi: Komandanın günahıdır

Williams komandasının sürücüsü Nikolas Latifi bildirib ki, komandasının təlimatı ilə pit yolundan yox, trasla gedib.

F-1.az xatırladır ki, Maks Ferstappen qəza etdikdən sonra qırıntılar trasa yayılıb. buna görə də qırımızı bayraqlar çıxıb. Lakin Latifi trasda qalmağa davam edib və buna görə də yarışın sonunda onun nəticəsinə 30 saniyə əlavə edilib.

Nikolas Latifi: “Sözün düzü, mənə dedilər ki, trasda qal. Buna görə də davam elədim. Sadəcə bəxtim gətirmədi. Düzdür, yekunda 13-cü yeri tutacaqdım, amma cəzasız bitirmək daha gözəl olardı. Bütün həftəsonu ərzində yaxşı sürdüm. Lakin bəxtim gətirmədi.

Corcla fərqli strategiyada idik. O, böyük ehtimalla iki pit-stop edəcəkdi. Ona trasda çatdım. Amma komanda mənə dedi ki, təkərləri qoru, çünki yarışın sonuna qədər bu təkərlərlə gedəcəkdik. Bütün bunlara baxmayaraq, Bakıda yaxşı performans göstərdim”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*