F-1.az xatırladır ki, Latifi bu il Force İndia komandası ilə 3 gün testlərdə çalışmışdı. Yeni müqaviləyə əsasən, britaniyalı sürücü Williams-la mövsümöncəsi testlərdə, mövsümiçi testlərdə, eləcə də Pirelli-nin təkər testlərində, eyni zamanda 6 dəfə cümə sərbəst yürüşlərində trasa çıxacaq.
Nikolas Latifi: “2019-cu ildə Williams kimi tarixi komandanın test sürücüsü olacam və həyəcanlıyam. Formula1-dəki inkişafımı davam etdirmək təcrübəmi artırmaq üçün cümə günü və testlərdə trasa çıxmaq gözəldir. Bundan başqa bolidin inkişafı üçün simulyatorda işləyəcəm. Bazada vaxt keçirmək üçün səbirsizlənirəm. Komandaya bacardığım qədər kömək etmək istəyirəm”.
Kler Uilyams: “Nikolas aşağı seriyalarda gözəl performans göstərir. Axtardığımız xüsusiyyətlər onda cəmləşib. Əminik ki, komanda üçün uğurlu olacaq. Onunla işləmək üçün səbirsəzlinirik”.