F-1.az xatırladır ki, kanadalı sürücü 2020-ci ildə Robert Kubitsanı əvəzləyərək idmana gəlsə də, gözləntiləri qarşılaya bilməyib. O əvvəlcə Corc Rassellə, bu il isə Elbona məğlub olub. Belə olan halda Williasm komandası onunla yollarını ayırıb.
Nikolas Latifi: “Sözün açığı məyusam. 2022-ci il mövsümü üçillik karyeramda ən pisi idi. Bu mövsüm gələcəyimi siğortalamaq üçün çox vacib idi. Bu il komandalar arasında fərq azaldı və rəqiblərimlə mübarizə aparmaq istərdim.
Müqaviləmin yenilənməyəcəyini eşidəndə fərqli hisslər yaşadım. Komanda bunu mövsümün bitməsinə 6 yarış qalmış açıqladı. Ondan sonra hər yarışdan həzz almağa çalışdım.
Gələn il yarışmağa davam etmək istəyərdim, amma bu olmayacaq. Yenə də əksər sürücülər heç F1 görmür, amma mən 3 il yarışdım”.