N.Latifi ehtiyat sürücü olacaq?

Williams komandasının sürücüsü Nikolas Latifi gələn il ehtiyat sürücü olmağa razıdır.

F-1.az xatırladır ki, kanadalı sürücü ilin sonunda Willaims-dan ayrılacaq və demək olar ki, formula1 karyerası bitəcək.

Nikolas Latifi: “Əgər ehtiyat sürücü olmaq şansım varsa, qəbul edəcəm, amma inanmıram belə təklif etsinlər. Düzdür, Elbon keçən il hər şeyin ola biləcəyini göstərdi, amma onun Red Bull-dakı vəziyyəti fərqli idi. Buna görə də özünü ehtiyat sürücü kimi görə bilmirəm. Ancaq gələn il üçün bütün alternativləri dəyərləndirirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*