N.Latifi: Daha çox şey etmək istəyirəm

Əbu-Dabi Qran Prisi Nikolasın F1-dəki hələ ki, son yarışı olub. Kanadalı sürücü Williams-da üç mövsümdə 9 xal toplayıb və onun ən yaxşı nəticəsi 2021-ci ildə Macarıstanda yeddincilik olub.

F-1.az xəbər verir ki, Latifi hər zaman daha çoxuna ümid etdiyini bildirib.

Nikolas Latifi: “Əbu-Dabidə Mik Şumaxerlə toqquşma yarışımı məhv etdi, sonra da elektrik problemlərinə görə yarışı dayandırmalı oldum. Son yarışımı belə bitirmək istəməzdim, amma bəzən belə şeylər baş verir.

Formula1-də keçirdiyim üç il üçün Williams-a çox minnətdaram. İdmandan daha çox şeyə nail olmaq istədiyim hissi ilə ayrılıram, lakin avtoidmanda hadisələr həmişə istədiyiniz kimi baş vermir.  Eniş-yoxuşlar hər zaman olur, amma əsas odur ki, möhkəm bağlar və dostluqlar əldə etmişəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*