N.Latifi: Çempionata təsir etmək məqsədim yox idi

Williams komandasının sürücüsü Nikolas Latifi bildirib ki, məqdədi çempionluq yarışına təsir etmək olmayıb.

 

F-1.az xatırladır ki, kanadalı sürücü yarışın sonuna 6 dövrə qalmış bariyerlərə çırpılıb və nəticədə trasa təhlükəsizlik maşını çıxıb. Bu anda Həmilton Maksı 11 saniyə qabaqlayırdı və 8-ci titula doğru gedirdi. Lakin təhlükəsizlik maşınından sonra Maks liderliyə yüksələrək, titulu bayram edib.

Nikolas Latifi: “Doqquzuncu döngədə trasdan çıxdığım üçün təkərlərim kirlənmişdi. Daha sonra bolidin asfaltla ilişməsi də zəif idi. Çox çətinlik çəkirdik. O döngə bütün həftəsonu ərzində mənə çətin idi. Buna görə də çirkli təkər və çirkli havaya görə səhv elədim. Orada yarışdakı vəziyyət barədə məlumatım yox idi. Niyyətim çempionluq mübarizəsinə təsir etmək deyildi. Lakin səhv edərək öz yarışımı da korladım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*