N.Latifi: 2022-ci il çətin keçdi

Williams komandasının sabiq sürücüsü Nikolas Latifi bildirib ki, 2022-ci il onunçün vacib olub.

F-1.az xatırladır ki, kanadalı sürücü 2022-ci ildə əksər sıralanma turlarında axırıncı olub. O, Yaponiyadakı yağışlı yarışda taktika hesabına 9-cu olaraq, mövsümdəki yeganə xallarını qazanıb. Belə olan halda idə Williams komandası onu göndərərək, əvəzinə Loqan Sarcenti gətirib.

Nikolas Latifi: “Keçən mövsüm mənim üçün enişli-yoxuşlu keçdi. İlk iki mövsümümə nəzər salanda… Düzü ilk mövsümümdən heç nə gözləmirdim, çünki debüt edirdim. İkinci mövsümümdə hərtərəfli inkişaf etdim, amma bu il gerilədim. Boliddən maksimumu çıxarmağa çalışsam da, problemlər icazə vermədi. Hər şey nəzarətimdən çıxdı, amma avtoidmanda belə hallar olur. 2022-ci il karyeram üçün çox vacib olsa da, pis keçdi. Heç nə qaydasında deyildi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*