N.Hülkenberqin hədəfi podiumdur

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Britaniyada yüksək nəticə qazanamağa ümid edir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Britaniyada sıralanma turunda 6-cı olsa da, Bottasın cəzasına görə yarışa 5-ci yerdən başlayacaq.

Niko Hülkenberq: “Sıralanma turu bizim üçün uğurlu keçdi və yarışda liderlərin düz arxasından start alacağıq. Məncə, yaxşı temp tutaraq, yüksək nəticə qazandıq. Bolid hər şəraitdə güclü idi. Boliddə sakit idim və özümə inanırdım. Bunun hesabına inkişaf etdim. Amma əsl imtahan yarışda olacaq. Bütün gücümlə hücum edib, təmiz bir yarış keçirməyə çalışacağam. Xal qazansam, xoşbəxt olaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*