N.Hulkenberqdə proqramlaşdırma problemi olub

Renault komandasının sürücüsü Niko Hülkenberqin problemi məlum olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü Çin yarışında mübarizəni vaxtından əvvəl dayandırmalı olub. Komanda 32 yaşlı sürücünün MGU-K generatorunda proqramlaşdırma səhvi olduğunu deyib və heç bir detal dəyişmədən problemin həll olunacağını bildirib.

Qeyd edək ki, McLaren komandasının sürücüsü Karlos Sayns mövsümün ilk yarışı Avstraliyada mühərrik problemi yaşadığı üçün Bəhreyndə yeni MGU-K generatoruna keçmişdi. Amma Bəhreyn yarışında Renault komandasının hər iki sürücüsü də mübarizəni dayandırdığı üçün Çində həm Hülkenberq, həm də Rikkardo yeni MGU-K generatoruna keçiblər.

Siril Abitebul: “Nə baş verdiyini demək üçün tezdir. Melburndakı problemə görə Karlosa yeni detal verdik. Daha çox detal üçün bazadakılara təzyiq göstərdik. Vaxtımız az idi. Təbii ki, bu bəhanə deyil. Sadəcə reallıqdır. Bu detal digər maşınlarda problemsiz işlədi. Stenddə bu detalla 5 min kilometrlik test etdik. Yarışda isə başqa rejimə keçdiyimiz üçün proqramlaşdırma səhvi oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*