F-1.az xatırladır ki, almaniyalı sürücü keçən mövsümün sonunda Renault komandası ilə razılığa gəlmişdi.
Xatırladaq ki, Force İndia komandası keçən mövsüm mükəmməl performans göstərərək, Mühəndislər Kubokunda 4-cü olmuşdu.
Niko Hülkenberq: “Force İndia ilə uzun illər davam edən evlilikdən sonra yeni bir qız dostuna ehtiyacım olduğunu hiss etdim.
Zarafat bir yana, Force İndia komandasına minnətdaram və zirvədə ikən oradan ayrıldığımı düşünürəm. Komandanın tarixindəki ən gözəl mövsümü keçirtdik – Mühəndislər Kubokunda 4-cü olduq. Elə bil ki, mümkünsüz bir xəyalı reallaşdırdıq.
Amma yeni uğurlar qazanmaq üçün komanda dəyişdirməli idim. Həm Renault-nun, həm də mənim güclü potensialım var”.
Hülkenberqin əsas məqsədi Renault komandasını qaliblərdən biri etməkdir: “Force İndia komandasında olanda Mercedes, Ferrari və Red Bull-dan sonra ən güclü idik. Amma bizdə lazımi resurslar yoxdur. Force İndia komandasında çox iş gördük. Renault-da növbəti iki il geridönüş illəri olacaq. Komandanın keçmişdəki uğurlarını düşünəcəyik və bu üstünlüklərdən maksimum formada istifadə edərək, rəqabətədavamlı komanda olacağıq. Bunu reallaşdıracağıq. Mənə inanın”.