N.Hülkenberq yeni qaydaları bəyənmir

Renault komandasının sürücüsü Niko Hülkenberq Formula1-dəki yeni qaydaları sərt tənqid edib.

F-1.az xatırladır ki, bu ildən etibarən Formula1-də sürücülərin başını qorumaq üçün halo sistemindən istifadə ediləcək. Bundan başqa düzülüşdəki qızları uşaqlar əvəz edəcəklər.

Niko Hülkenberq: “Halo idmana böyük zərbədir. Həm pis görünür, həm də qəza vaxtında təsiri az olacaq. Avtoidman sürətə görə sevilir və sürücülər də bunu bilir.

Qızlardan imtina şou üçün atılmış addımdır. Bolidlərin önündə dayanan cazibədar qızlar idman üçün çox yaxşı haldır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*