F-1.az xatırladır ki, bu ildən texniki reqlamentdə köklü dəyişikliklər olacaq. Yeni bolidlər asfaltayatma qüvvəsini altlıq hesabına istehsal edəcəklər və buna görə də onların sürətli olması gözlənilmir.
Komandalar təkcə aero itirməyəcək. E10 yanacağına keçəcəkləri üçün motor da əvvəlki kimi performans göstərməyəcək. Lakin son dövrlərdə çıxan xəbərlərə görə 4 motor istehsalçısından üçü bu problemi həll edib.
Niko Hülkenberq: “İlk təcrübələrimə görə yeni bolidlər çox sürətlidirlər və əvvəlkindən yavaş deyillər. Sürüş təcrübəsi cəhətdən dəyişən heç nə yoxdur. Ən azından simulyatorda dəyişməyib.
Görək bolidlər bir-birlərini necə izləyəcəklər. Simulyatorda bolidlərin döngələri sürətlə alırlar. Yəni ki, hələ də çirkli hava riski var. Bundan başqa bu sürətlə öndəki bolidi izləmək xəyal kimidir. Ümid edirəm ki, yanılıram. Mövsümöncəsi testlərdə hər şey məlum olacaq”.