N.Hülkenberq: “Yeni bolid seksual görünür”

Niko Hülkenberq 2017-ci ildə sürəcəyi bolid və Le Man 24 saatın onun karyerasına təsiri barədə danışıb.

F-1.az xəbər verir ki, almaniyalı sürücü Renault-nun 2017-ci il bolidinin təqdimatından sonra təəssüratlarını bölüşüb: “Bolidi ilk dəfə aerodinamik boruda görəndə çox təsirlənmişdim. Amma hazırda daha cəlbedici görünür.

Komandanın bir üzvü olduğum üçün çox xoşbəxtəm. Ümid edirəm ki, uzunmüddətli müqavilə olar. Komandanı irəliyə aparmaq istəyirəm. Renault komandasını 2018-ci ildə zirvəyə qaldırmaq üçün əlimdən gələni edəcəm.

Le Manın 24 saatlıq marafonunda iştirak etməyəcəm. Paskal Verlyayn da bir tədbirdə qəza etdi və indi testlərdə iştirak edə bilməyəcək. Bu cür vəziyyətlə qarşılaşmaq istəmirəm. Renault Paskalın komandasından böyük komandadır. Mən ancaq komandama fokuslanmaq istəyirəm. Amma gələcək barədə heç bir proqnozum yoxdur. Bəlkə, bir gün Le Mana qayıdaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*