N.Hülkenberq: Yarışın yarısını zədəli maşınla keçirdim

Haas komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, yarışın yarısını zədəli maşınla keçirdiyi üçün heç nə edə bilməyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 10-cu yerdə başlasa da, startda Esteban Okona arxadan yumşaq təmas edib və 14-cü yerə qədər geriləyib.

Bundan sonra Nikonun ön qanadı zədələnsə də. Haas komandası ilk pitdə qanadı dəyişməyib. Lakin daha sinra asfaltla ilişmə zəiflədiyi üçün 26-cı dövrədə yeni ön qanada keçiblər. O, son 30 dövrədə yaxşı bolidə sahib olsa da, xal zonasından çox uzaqda olub və finişə 15-ci yerdə çatıb.

Niko Hülkenberq: “Çətin yarış idi. Xüsusən də ilk yarısı. Deyəsən ilk dövrədə bir ya da iki sürüxü ilə təmas yaşadım. Hiss eləməmişəm.

İlk döngədə sıxışdırıldım və rəqiblərimdən qaçmağa çalışırdım. Lakin bir təmas yaşamışam və bolidi ciddi formada zədələdim. Çox asfaltayatma qüvvəsi itirdim. Bu, döyüşə silahsız çıxmaq kimi idi. Deyəsən ön qanadda bəzi elememtlər yox idi və buna görə də asfaltla ilişmə zəifləmişdi. Bu da yarışın ilk hissəsini çətinləşdirdi. Təkərlərimi çox tez yandırırdım.

Yarışın ortasında qərar verdik ki, belə davam etmək olmaz. Yeni ön qanad üçün pitə gəldim. Bundan sonra rahatlandım və bolid normallaşdı. Lakin artıq gec idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*