F-1.az xatırladır ki, almaniyalı sürücü Monrealda yarışa 10-cu yerdən başlayıb, 11-ci dövrədə erkən pit-stop etsə də, mükəmməl templə gedərək, 8-ci yeri tutub.
Niko Hülkenberq: “Yarış bizim üçün əla keçdi. Bəzən sərt külək əsirdi və bolidi idarə etmək çətin olurdu. Amma mən yaxşı dövrələr vurdum və öndəki sürücülərin çətinliklərindən maksimum faydalanaraq gözəl xallar qazandım. Buraya gələndə necə çıxış edəcəyimizi bilmirdik. Orta qrupdakı rəqiblərimiz güclüdürlər. Lakin, biz də yarışın içində olduğumuzu göstərdik. Ümid edirəm ki, Bakıda da xal alaraq, 5-ci yer uğrunda mübarizəyə davam edərik”.